13 mart 2025-ci ildə BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov müstəmləkəçilik altındakı ərazilərdə yaşayan uşaqlara qarşı zorakılıq və hüquq pozuntularını dilə gətirib və bu halları kəskin qınayıb.
Trend xəbər verir ki, A.Abbasov Fransanın müstəmləkəçiliyi altındakı ərazilərdə - Mayot, Reyunyon, Kanaki, Qvadelupa və Fransız Qvianasında yaşayan uşaqların firavan gələcəyə ümidinin və məktəb təhsilinin olmaması, habelə aşırı yoxsulluq nəticəsində üzləşdiyi problemlərə diqqəti çəkib.
Bu xüsusda, A.Abbasov Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci ilin mart ayında qəbul etdiyi qərarla Fransa hökumətini qınadığını xatırladıb.