Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" platformasında məlumat verilib.
Qeyd edilir ki, komandir-leytenant Gevin Tarbard Böyük Britaniyanın Azərbaycanda ilk rezident müdafiə attaşesi təyin edilib.
"Biz komandir-leytenant Gevin Tarbardın Azərbaycana ilk Böyük Britaniya Rezident Müdafiə Attaşesi kimi gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi addım, Britaniya-Azərbaycan möhkəmlənən tərəfdaşlığı əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək", - səfirliyin bəyanatında yazılıb.