Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Dəməşqə səfər edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti martın 13-də Suriya paytaxtı Dəməşqə səfər edib.

Trend xəbər verir ki, nümayəndə heyəti Suriya Ərəb Respublikasının müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirəcək.

Müzakirələrin gündəliyində Suriyanın demokratik qüvvələrinin ölkə hakimiyyətinin nəzarətinə keçməsi ilə bağlı razılaşma və keçmiş prezident Bəşər Əsəd rejiminin tərəfdarları ilə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarla bağlı vəziyyət mövzuları yer alır.