Mark Uzan: Bütün böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi

Son 30 ildə qlobal maliyyə sistemi bir çox maliyyə böhranı ilə üzləşib. İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət, 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi.

AZƏRTAC xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" adlı panel iclasında "Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan deyib.

“Bizdə beynəlxalq institutlardan ibarət bir mexanizm mövcuddur və bu institutlar son 30 ildə maliyyə böhranlarının qarşısını almaq və onları yaxşılaşdırmaq üçün bizə layihələr təqdim ediblər. Düşünürəm ki, bu, çox vacibdir. Biz beynəlxalq əlaqələrin bu yaxşı səviyyəsini qoruyub saxlamağa çalışmalıyıq", - deyə o diqqətə çatdırıb.