Qlobal Bakı Forumu gələcəyə baxışın formalaşmasında mühüm rol oynayır - Harri Ceykobs

Qlobal Bakı Forumu gələcəyə baxışın formalaşmasında mühüm rol oynayır.

Bunu Trend-ə bu gün Dünya İncəsənət və Elmlər Akademiyasının prezidenti Harri Ceykobs Bakıda keçiriləcək XII Qlobal Bakı Forumu çərçivəsində deyib.

"Forumda müzakirə olunan məsələlər dünya ictimaiyyəti üçün əsas əhəmiyyət kəsb edir. Görkəmli ekspertlər öz fikir və təkliflərini bölüşmək üçün buraya toplaşıblar. Bu, mənim Bakı Forumuna altıncı səfərimdir və gələcəyə baxışımızın formalaşmasında mühüm rol oynayır", - o bildirib.

Q.Ceykobs qeyd edib ki, forum tarixin dönüş nöqtəsində keçirilir.

"Burada imkanlardan istifadə etmək və çağırışlara cavab vermək üçün nə etmək lazım olduğunu anlamağa çalışan insanlar var. Dəyişiklik çox tez baş verdikdə, qeyri-sabitlik yaranır - sözdə turbulentlik", - o bildirib.

Onun sözlərinə görə, dəyişikliklərin sürəti institutların və ideyaların uyğunlaşma qabiliyyətini üstələyir. Bu, hər şeyə - xarici siyasətə, beynəlxalq təşkilatlara, iqtisadi, siyasi və ekoloji münasibətlərə yeni yanaşma tələb edir.