Ölkəmizi Mərkəzi Asiya regionu ilə birləşdirəcək Orta Dəhlizi hansısa formada inkişaf etdirmək vacibdir - Monteneqronun sabiq müdafiə naziri (ÖZƏL)

Qərbi Balkanı, Monteneqronu Mərkəzi Asiya regionu ilə birləşdirə biləcək Orta Dəhlizi hansısa formada inkişaf etdirmək vacibdir.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Monteneqronun sabiq müdafiə naziri və Birləşmiş Millətlər Təşkilatındakı sabiq səfiri Militsa Pejanoviç-Durişiç deyib.

O bildirib ki, forumda iştirak edən rəsmi şəxslərdən də verilən məlumata əsasən, Azərbaycan Qərbi Balkanda və dünyanın bir çox yerlərində aktiv əlaqələr quran bir ölkədir:

"Azərbaycan bir çox Avropa ölkələri ilə yanaşı, bizimlə də ortaq layihələr icra etməyə çalışır, investisiyalar yatırır.

Təbii ki, Qərbi Balkanı, Monteneqronu Mərkəzi Asiya regionu ilə birləşdirə biləcək Orta Dəhlizi hansısa formada inkişaf etdirmək vacibdir".

"Bu istiqamətdə bir sıra dövlətlər, xüsusən də Azərbaycan böyük təşəbbüslər ərsəyə gətirib. Gələcək inkişaf üçün də hələ bir çox məqamlar vardır.

Mən inanıram ki, bütün tərəflərin bu təşəbbüsü daha da inkişaf etdirməsi istəyi var", - deyə sabiq nazir vurğulayıb.