Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını açıq şəkildə bildiririk - Türkiyə Prezidentinin baş müşaviri

Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını açıq şəkildə bildiririk.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz hər zaman bölgədə sürdürülə bilən, həqiqətə əsaslanan, ədalətli sülhün, birlikdə yaşamağın zəruriliyini dilə gətirdik.

Daha öncə Qarabağın Ermənistan işğalı altında olmasının buna əngəl olduğunu, Türkiyənin bu məsələdə qəti mövqeyini ortaya qoyduğunu, həm də bu məqamda Azərbaycanın hər zaman yanında olacağını açıq şəkildə bildiririk.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın torpaqlarını tamamilə azad etdiyi müddətdə bölgədə hər kəsin əmin-amanlıq içində yaşaması üçün Türkiyə dəstəyini verməyə hazırdır.

 

Biz Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında ədalətli, uzunmüddətli sülhün tərəfdarıyıq", - o qeyd edib.

Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində "Dünya nizamının yenidən dəyərləndirilməsi: çağırışların imkanlara çevrilməsi" şüarı altında keçirilir.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər əsas qlobal məsələlər müzakirə olunacaq.