Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək.
Trend xəbər verir ki, bunu Kosta-Rikanın sabiq İkinci vitse-prezidenti Rebeka Qrinspan XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
"Nəqliyyatda sürətli dəyişikliklərin şahidi oluruq. İnformasiya texnologiyalarının sürətli inkişafı inanılmaz həddədir. Süni zəka, bərpaolunan enerji, innovasiyalar gündəlik əsaslarla inkişaf edir. Biz bu dəyişikliklərlə, sürətli dünya ilə ayaqlaşmalıyıq. Belə olan halda, geniş şəkildə, həm ölkələr daxilində, həm də ölkə hüdudlarından kənarda inkişafı təmin edə bilərik", - o bildirib.
Onun sözlərinə görə, bu gün alış qabiliyyətinin paritetində 55 trilyon dollar çatışmır.
"Növbəti 5 il ərzində həmin boşluq doldurulmalıdır. Onun 40 trilyonu, yəni 70 faizi Cənubdan gəlir. Çoxqütblülük seçim deyil, faktdır. Dünyanın digər hissələrində də çoxqütblülük təmin olunmalıdır. Geosiyasət və milli təhlükəsizlik bir çox ölkələrdə bir-birini tamamlayır, digər ölkələrlə ticarəti şərtləndirir, onun məqsədini müəyən edir. Bərpaolunan enerjiyə çəkilən xərclər azı 80 % dərəcəyə çatdırılmasa, iqlim böhranından çıxmaq mümkün olmayacaq, problemlər qalacaq", - o bildirib.