Finlandiyanın sabiq Prezidenti: XII Qlobal Bakı Forumunda çoxtərəfli hüquqi bazanın möhkəmləndirilməsi yollarını tapmağa çalışırıq

Gender bərabərliyini, ərzaq təhlükəsizliyini və iqtisadi səlahiyyətləri artırmaq üçün planetimizdə qadınların hüquqlarının təmin edilməsi mənim uzun müddətdir ki, üzərində işlədiyim bir məsələdir. Biz hazırda beynəlxalq qanunlara əsaslanan çoxtərəfli sistemdə fəaliyyət göstəririk. Bunun da mərkəzi Birləşmiş Millətlər Təşkilatıdır.

Bu sözləri Finlandiyanın sabiq Prezidenti (2000-2012) Tarya Kaarina Halonen XII Qlobal Bakı Forumu çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.

O əlavə edib: “Ümidvaram ki, budəfəki Bakı Forumu çərçivəsində qlobal çoxtərəfli sistem, xüsusən də kənd yerlərində müzakirə olunacaq və praktik həllini tapılacaq. Ona görə də düşünürəm ki, biz onu möhkəmləndirməyin yollarını tapmağa çalışacağıq”.