Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timço Mutsunski ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə XİN "X" platformasında məlumat yayıb.
Bildirilir ki, görüş zamanı nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib, tərəfdaşlığın daha da genişləndirilməsində yüksək səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.
Enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları da müzakirə edilib.
Ceyhun Bayramov həmkarını münaqişədən sonrakı regional vəziyyət barədə məlumatlandırıb.