Azərbaycan Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma yaratdığına görə Qazaxıstana minnətdarlığını bildirir

Azərbaycan Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma yaratdığına görə Qazaxıstana minnətdarlığını bildirir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə Astanada keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Bu gün görüş zamanı həmkarıma Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyi, ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması, eləcə də bu prosesə ciddi maneə olan mina təhlükəsi barədə ətraflı məlumat verdim.

Minnətdarlıqla Qazaxıstanın dəstəyi ilə işğaldan azad edilmiş Füzuli şəhərindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini qeyd edirəm. Bundan başqa, 2024-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında danışıqlar üçün Qazaxıstanın platforma təqdim etməsi, ölkənin bu prosesə verdiyi əhəmiyyətin bariz nümunəsidi", - o deyib.

Xarici işlər naziri vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində, o cümlədən Qazaxıstanın dəstəklədiyi yekun sülh sazişi üzrə razılaşmanın əldə edilməsində mühüm irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı mövcud ərazi iddiaları, ölkənin israrlı şəkildə militarizasiyası və revanşist ab-havanın sülh prosesinə ciddi maneə olaraq qalmaqdadır.