Azərbaycan AZAL təyyarəsinin qəzaya uğramasından sonra xilasetmə əməliyyatını operativ şəkildə təşkil etdiyinə görə Qazaxıstana təşəkkür edir - Ceyhun Bayramov

Azərbaycan AZAL təyyarəsinin qəzaya uğramasından sonra xilasetmə əməliyyatını operativ şəkildə təşkil etdiyinə görə Qazaxıstana təşəkkür edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə Astanada keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yolları şirkətinə aid sərnişin təyyarəmizin ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsində göstərilən operativliyə görə və bütün məsələlərdə göstərilən sıx yardıma görə Qazaxıstan hökumətinə və bütün qazax xalqına minnətdarlığımı ifadə etmək istərdim”, - deyə nazir bildirib.