Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezidentlər ikitərəfli və regional gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Rusiya-Ukrayna müharibəsi zamanı gərginliyi artıracaq addımların atılmamasının vacibliyini bildirən Prezident Ərdoğan “sülh körpüsü” hesab etdiyi “Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Tərəflər Putinin Türkiyəyə səfəri ilə bağlı da razılığa gəliblər.