Belarus Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin layihələndirilməsində iştirakını davam etdirəcək – Səfir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçlə görüşüb.

Trend-ə bu barədə Komitədən məlumat verilib.

Qeyd edilib ki, Komitə sədri son illər ərzində ölkəmizdə şəhərsalma və memarlıq sahəsində görülən işlər barədə ətraflı məlumat verərək, Belarusun müvafiq qurumları ilə sıx əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib.

 

Ötən il bağlanmış müvafiq saziş əsasında Ağdam rayonu Qızıl Kəngərli kənd yaşayış məntəqəsinin aqrar şəhərcik formatında layihələndirilməsinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti xüsusilə vurğulanıb.

Səfir öz növbəsində yaşayış məntəqələrinin və tikinti obyektlərinin layihələndirilməsi üzrə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.