Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir - Rəcəb Tayyib Ərdoğan

Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxış edərkən söyləyib.

“Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, - deyə Türkiyə Lideri vurğulayıb.