Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Qvineya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq, Afrika İnteqrasiyası və Xaricdəki Qvineyalılar naziri Morissanda Kouyate ilə görüşüb.
Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edilib.
Bildirilir ki, iqtisadiyyat, ticarət, təhsil sahələrində əməkdaşlığın potensialı, beynəlxalq platformalar, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi müzakirə edilib.