Ceyhun Bayramov Bavariyanın naziri ilə regional əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bavariyanın Avropa və Beynəlxalq İşlər Naziri Erik Beisvenger ilə görüş keçirib.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan XİN "X" sosial şəbəkəsində paylaşım edilib.

Tərəflər iqtisadi və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər.