Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzaqlayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilib.