Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, bundan sonra Baş nazirin müavini Samir Şərifov da İqtisadi Şurada təmsil olunacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.