Azərbaycanın Tehrandakı səfiri İran XİN rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya məsələləri üzrə baş direktoru və nazirin köməkçisi Müctəba Dəmirçili ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “SNN” yayıb.

Məlumata görə, tərəflər Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti və perspektivi barədə fikir mübadiləsi aparıblar.