Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır”.