Hakan Fidan sabah Bakıya gəlir - KİV

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Bakıya səfər edəcək.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir

Qeyd edilib ki, səfər çərçivəsində bir sıra görüşlərin keçiriləcək, iki ölkə arasında siyasi, iqtisadi, hərbi, ticarət, nəqliyyat sahələri kimi mövzularda müzakirələr aparılacaq.

Xatırladaq ki, bundan öncə H.Fidan ötən ilin mart ayında Azərbaycana səfər edib.