Gürcüstan Avropa İttifaqına namizəddir və bu istiqamətdə addımlar atmalıyıq ki, son məqsədimizə çataq.
Trend xəbər verir ki, bu barədə bu gün Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Gürcüstan üçün strateji tərəfdaşlıq çox önəmlidir.
“Bu gün Azərbaycandayam və vəzifəmə başlarkən qonşularımızla əlaqələrim burada başladı. Gürcüstan regionda sülhün tərəfdarıdır. Əgər lazım olsa, potensialımızdan tam istifadə edəcəyik ki, regionda təhlükəsizlik və əməkdaşlıq davam etsin”,- deyə o bildirib.