Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olub - XİN rəhbəri

Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olub.

Trend xəbər verir ki, bu barədə bu gün Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, sülh və sabitlik regionun iqtisadi potensialına töhfə verəcək.

“Azərbaycan və Gürcüstan intensiv əməkdaşlığı və qonşuluq münasibətlərini davam etdirəcək. Azərbaycana təşəkkür edirəm ki, bizi müxtəlif formatlarda dəstəkləyir.

İki ölkə arasında münasibətlərin dərinləşməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bunun davamlı olması üçün çalışırıq”,- deyə o əlavə edib.