Azərbaycan-Gürcüstan XİN arasında bir sıra məsələlər müzakirə edilib (FOTO)

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi aparılıb.

Xəbər yenilənəcək

Gallery