Zurab Pataradze: Azərbaycan Gürcüstan üçün strateji dost ölkədir

Azərbaycan Gürcüstan üçün strateji dost ölkədir. İlin əvvəlində Gürcüstanın Xarici İşlər naziri Maka Botçorişvilinin Bakı şəhərinə ilk rəsmi səfəri vacib əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Maka Botçorişvilinin Bakıda bir sıra vacib görüşlər keçirəcəyini bildirən səfir əlavə edib: “Bu görüşlər ölkələrimiz arasında münasibətlərin alovlanmasına və möhkəmlənməsinə töhfə verəcək. Azərbaycan Gürcüstan üçün strateji dost ölkədir. Ölkələrimiz arasında əlaqələr dinamik şəkildə inkişaf edir. İlin əvvəlində Gürcüstanın xarici işlər naziri xanım Maka Boçorişvilinin Bakı şəhərinə ilk rəsmi səfər etməsi vacibdir. Bir sıra görüşlər planlaşdırılır. Düşünürəm ki, bu görüşlər ölkələrimiz arasında münasibətlərin canlanmasına və möhkəmlənməsinə töhfə verəcək və əlbəttə, onu yeni mərhələyə keçirəcək”.

Qeyd edək ki, bu gün Maka Botçorişvilinin xarici işlər naziri kimi Azərbaycana ilk ikigünlük rəsmi səfəri başlayır.