Gürcüstanın baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bakıya səfər çərçivəsində Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək.
Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühit və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.