Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya Muxtar Respublikasının Qali rayonunda beş uşağın həyatına son qoyan faciəli yanğınla əlaqədar Gürcüstan tərəfinə başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında qeyd edib.
"Bu dağıdıcı hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk", - deyə bildirilib.
Xatırladaq ki, Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşaq faciəli şəkildə həyatını itirib. Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb.