Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin SİYAHISI

Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş bazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, hava gəmisinin salonunda daşınması qadağan edilən əşya və maddələr bunlardır:

Bütün növ silahlar və kəsici-deşici alətlər:

döyüş silahı, tapança, revolver, tüfəng, karabin və digər odlu silah,

partlayıcı maddələrin qüvvəsindən istifadə etməklə işləyən analoji qurğular (yivli və yivsiz tüfənglər, idman silahı, lülədən doldurulan odlu silah, fişəng atan tapança və yalnız siqnal fişəngləri buraxmaq üçün qurğular, boş (gülləsiz) patronlarla atəş açmaq üçün tapança və revolver, heyvanların öldürülməsi üçün mili sıçrayan tapança, linemyot);

digər silahlar (pnevmatik silah, qaz silahı, ov silahı və s.);

oyuncaq silah, silahın surəti və ya imitator;

odlu silahların komplektləşdirici hissələri (optik nişangahlardan başqa);

siqnal və idman tapançaları;

yay, mizraq, oxlar;

harpun və nizələr;

katapultlar;