Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub

Yanvarın 1-də Sudanın Azərbaycandakı səfirliyində bu ölkənin müstəqilliyinin 69-cu ildönümü (1956-2025) qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Sudan Səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmud Sudan-Azərbaycan münasibətlərinə toxunub və yeni ildə bu münasibətlərin iki qardaş ölkə arasında möhkəm dostluq əlaqələrini gücləndirəcək şəkildə inkişafı üçün səylərin davam etdiriləcəyini vurğulayıb: ”Ötən il Azərbaycanda bir çox beynəlxalq və regional tədbirlərə şahidlik etdik. Bunlardan ən əhəmiyyətlisi Dünya Liderlərinin İqlim Sammiti - COP29 Sammiti olub ki, Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Al-Burhan da burada iştirak edib”.

Qeyd edək ki, tədbirdə Azərbaycandakı Sudan icmasının üzvləri və Sudanlı tələbələr iştirak ediblər.