2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ, Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığını davam etdirməkdə sadiq olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd olunub ki, keçən il iki ölkə terrorizm və insan alveri ilə mübarizə sahəsində praktiki təlimlər keçirib. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvü ABŞ-nin yüksək hərbi institutlarını bitirərək mühüm nailiyyət əldə ediblər.
ABŞ səfirliyi, həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə iştirakını planlaşdırmaqda dəstək verəcəyini bildirib.