Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir: "Qardaş Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, yeni ilin Azərbaycan xalqına və bütün Türk dünyasına sülh və əmin-amanlıq gətirməsini diləyirik."