Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib

Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, 2024-cü ildə 200-dən çox vəkilin intizam işinə baxılıb:

"76 vəkil intizam tənbehi alıb, 17 nəfər vəkillikdən xaric olunub, 41 nəfərə xəbərdarlıq edilib. Biz bu məsələyə çox humanist yanaşırıq. Hansısa vəkil barəsində intizam tədbiri görəndə çox narahat oluruq.

Biz öz əməllərimizə qiymət verməliyik, vəkillər öz səhvlərini başa düşməlidirlər. Ümid edirəm ki, bu iş getdikcə daha da yaxşılaşacaq. Bir il ərzində 916 nəfər vəkilliyə sənəd verib, onlardan 364-ü uğur qazanıb. Bizim imtahanlar çox çətindir".