Prezident İlham Əliyev “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Trend xəbər verir ki, Qanuna əsasən, bələdiyyələr qrant ala biləcək.
Bundan başqa, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsasları yaradılacaq və tənzimlənəcək.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlara dəyişikliklik edilməsi barədə Fərmanı imzalayıb.