Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər - Şarl Mişel

Brüssel. Trend:

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.