Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyanın xarici işlər naziri Annalena Berboka ilə Ankarada keçirilən danışıqlarda Türkiyənin təhlükəsizlik maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Trend xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumata əsasən, Hakan Fidan Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsinin, bu ölkənin ərazi bütövlüyünün və siyasi birliyinin qorunmasının əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Nazir həmçinin Suriyada keçid prosesinin inklüziv əsasda, azlıqların hüquqlarına hörmət edilərək həyata keçirilməsinin vacibliyini qeyd edib. Bununla yanaşı, qaçqınların könüllü və təhlükəsiz qayıtmasının təmin olunması çağırışını edib.
Danışıqlar zamanı Fidan, “Suriyanın bərpasına konstruktiv yanaşma” çağırışı ilə çıxış edərək, bəzi terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə icazə verilməməsinin zəruriliyini vurğulayıb. O, xüsusilə, PKK, SNA və İŞİD kimi qruplaşmaların bölgədəki fəaliyyətlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsinin əhəmiyyətini qeyd edib.
“Türkiyə müttəfiqlərindən təhlükəsizlik maraqlarına hörmətlə yanaşmalarını gözləyir,” – deyə Fidan əlavə edib.