IDMAN:  Fərid Qayıbov COP9-un Büro İclasında iştirak edib

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Estoniyaya səfər edib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən COP9-un Büro İclasında iştirak edib.

Konfransda dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.