Bakı, 11 iyul, AZƏRTAC
İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq. Lakin respublikanın qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün protokol çox güman ki, payız sessiyasında təsdiqlənəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı NATO-nun Baş katibi Yens Stoltenberqin Vilnüsdə Türkiyənin İsveçi mümkün qədər tez bir zamanda alyansa qəbul etməyə razılaşdığını söyləməsindən sonra bildirib.
Türkiyə Böyük Millət Məclisinin payız sessiyası oktyabrın 1-də başlayır.