Bakı, 11 iyul, AZƏRTAC
ABŞ prezident administrasiyası “F-16”ların Türkiyəyə satışını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
Administrasiya, həmçinin Türkiyənin Avropa İttifaqına üzvlük səylərini də dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.