Bakı, 6 iyul, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri yanvarın 1-dən indiyədək İraqın və Suriyanın şimalında keçirdiyi 320 əməliyyat zamanı 794 terrorçunu zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin mətbuat müşaviri Deniz Albay Zeki Aktürk mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2015-ci il iyulun 24-dən bəri zərərsizləşdirilən terrorçuların ümumi sayı 38 min 137 nəfərə çatıb.
Deniz Albay Zeki Aktürk Türkiyə ordusunun PKK, KCK, PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror qruplaşmalarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.