Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
“4 İyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, - deyə paylaşımda qeyd olunub.