Türkiyədə keçirilən seçkilərdə 600 mindən çox təhlükəsizlik əməkdaşları iştirak edir - Süleyman Soylu

Bakı. TurkicWorld:

Türkiyədə keçirilən seçkilərdə 601 min təhlükəsizlik əməkdaşları iştirak edir.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbulda keçirilən seçkilərdə iştirak edərkən bildirib.

Soylunun sözlərinə görə, zəlzələ bölgələrində problemsiz səsvermə başlayıb.

"İnanıram ki, bugün Türkiyə demokratik yolla düzgün qərar verəcək." - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatıb.

Xatırladaq ki, ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 17-dən may ayının 9-dək səs veriblər.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən may ayının 9-dək səs veriblər.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 151 diplomatik nümayəndəlikdə keçirilib.

Ümumilikdə xaricdə yaşayan 3,4 milyon Türkiyə vətəndaşının səsvermə hüququ var idi.

Türkiyənin dünyanın 73 ölkəsindəki 151 diplomatik nümayəndəliyində səsvermə keçirilib.