Türkiyədə keçirilən seçkilərdə 65 milyona yaxın vətəndaş iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyədə bugün keçirilən seçkilərdə 64 milyon 113 min 941 nəfər iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, səsvermədə iştirak edən ümumi vətəndaşların 50,6 faizini qadınlar təşkil edib ki, buda 30 milyon 710 min 790 nəfərdir.

Səsvermədə iştirak edən kişirlərin sayı isə, 49,4 faiz ilə 29 milyon 987 min 53 nəfərə bərabər olub.

Qeyd edək ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 47,7 faizi yəni 1 milyon 595 min 158-i qadın, 52,3 faizlə 1 milyon 820 min 940-ı isə kişidir.

Bundan başqa, Türkiyədə ilk dəfə səsvermədə iştirak edən vətəndaşların sayı 4 milyon 904 min 672 nəfər təşkil edib.

Xaricdə yaşayan və ilk kez səsvermədə iştirak edən Türkiyə vətəndaşların sayı isə 227 min 646 nəfər olub.

Qeyd edək ki, Türkiyədə seçkilərdə iştirak edən 75 yaş və üstü vətəndaşların sayı 3 milyon 180 min 802 nəfər, fiziki məhdudiyyətli şəxslərin sayı isə 989 min 543 nəfər olaraq qeydə alınıb.

Səsvermə 73 ölkədə və 156 diplomatik səsvermə dairəsində keçirilib.

Türkiyədə 191 mindən çox seçki qutusu qurulub.

Xatırladaq ki, bugün Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs vermədə iştirak ediblər