Abşeronda zavodda Pakistan vətəndaşlarının üzərinə hava pəri aşıb, biri ölüb

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.

Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.

Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib. O, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.