Azərbaycan ərazisindən tranzit keçməklə Bolqarıstana narkotik vasitə aparan şəxs saxlanılıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Bolqarıstan Respublikasına “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

İdarədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi çəkisi 1 kiloqram 508,075 qram olan qurudulmuş marixuana və 24 bükümdə ümumi çəkisi 7 kiloqram 882,581 qram olan həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.