Türkiyədə üç gündür meşə yanğını davam edir

Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda elektrik naqillərindən qaynaqlandığı müəyyən edilən meşə yanğını artıq üç gündür davam edir.

Trend xəbər verir ki, anğın oktyabrın 18-də saat 03:30-da Turnalıda başlayıb.

Yanğının söndürülməsi üçün 313 nəfərlik heyət iştirak edir, həmçinin Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının dəstəyi ilə 16 vertolyot və 8 təyyarə cəlb edilib. Hazırda yanğını nəzarət altına almaq mümkün olmayıb.