Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı 46,9% azalıb

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 128,7 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 7,3 milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enrjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 113,6 milyon kVt/saat və ya 46,9%, dəyər ifadəsi ilə 5,3 milyon ABŞ dolları, yaxud da 41,8% azalıb.

 

Belə ki, ötən ilin ilk ayında Azərbaycandan Gürcüstana 242,3 milyon kVt/saat həcmində, 12,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 140,9 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdarda elektrik enerjisinin dəyəri 7,8 milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 354,2 milyon kVt/saat (3,5 dəfə), dəyər ifadəsi ilə 21 milyon ABŞ dolları (3,7 dəfə) azalıb. 2024-cü ilin yanvarında Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi 495 milyon kVt/saat, dəyəri isə 28,7 milyon ABŞ dolları olub.

Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.