Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 4,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,7 mln. ton olub.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov X hesabında yazıb.
"İki ayda 8.1 mlrd.m3 qaz hasil edilib. 3.8 mlrd.m3 qaz isə ixrac olunub", - deyə nazir qeyd edib.