SOCAR Albaniyada ofis açıb

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada ofis açıb.

Trend bu barədə Albaniyanın “Albgaz” qaz operatoruna istinadən məlumat verir.

Məlumata görə, “SOCAR Albania”nın təqdimat mərasimində Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyinin, həmçinin, “Albgaz Sh.a.”nın nümayəndələri iştirak edib.

 

Xatırladaq ki, ötən ilin noyabr ayında SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Həmin vaxt SOCAR-ın həyata keçirəcəyi bu layihənin Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcəyi bildirilmişdi.

Onu da qeyd edək ki, Albaniya TAP-ın keçdiyi tranzit ölkələrdən sayılır.