SOCAR-dan yanacaq çatışmazlığı iddialarına CAVAB

Bakı və regionlarda “Aİ-92” markalı benzinin qıtlığı ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Məsələ ilə bağlı SOCAR-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarlar tərəfindən yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradılıb.

"Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR tərəfindən özəl şirkətlərlə müvafiq danışıqlar aparılır.

 

Həmçinin, qeyd etmək istərdik ki, “SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.

Gələcəkdə də yaranacaq hər hansı bir sual ilə bağlı ediləcək müraciətlərə tərəfimizdən müvafiq qaydada baxılacaq", - qurumdan qeyd edilib.